A24 Xeber

Saatlıda kütləvi zəhərlənmə

Saatlıda kütləvi zəhərlənmə
43
11 İyun 2018 - 0:29

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Smada kəndində qeydə alınıb.

Tarlada işləyən 23 nəfər  kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

 Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir.  Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası  ezam olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00