Saatlıda pambıq tarlasında 24 nəfərin zəhərlənməsinə görə cinayət işi açıldı

Saatlıda pambıq tarlasında 24 nəfərin zəhərlənməsinə görə cinayət işi açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Saatlı rayonunda pambıq tarlasında baş vermiş zəhərlənmə hadisəsinə görə cinayət işi açılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, 10 iyun 2018-ci il tarixdə saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakinləri “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına daxil olub.

Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetriməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülmüş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.

Zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.

Görülmüş işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar