Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sabah 40 dərəcə isti olacaq – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  22-27° isti, gündüz  33-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm  civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz  25-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 19-da hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  24-29° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar