A24 Xeber

Sabah Bakı məktəbləri polis nəzarətində olacaq

Sabah Bakı məktəbləri polis nəzarətində olacaq
58
13 İyun 2018 - 13:11

Bakıda “Son zəng” günü orta məktəblərə polis nəzarəti gücləndiriləcək.

“A24.az” bildirir ki, bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

O qeyd edib ki, son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Bağırov “Son zəng” günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bildirib.

Qeyd edək ki, bu il Azərbaycanda 83001 şagird 11-ci sinifi bitirəcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00