Sabah Bakıda 7, bölgələrdə 9 dərəcə isti olacaq

Sabah Bakıda 7, bölgələrdə 9 dərəcə isti olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

A24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 1-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar