Sabah Bakının bu YERLƏRİNDƏ qaz olmayacaq

Sabah Bakının bu YERLƏRİNDƏ qaz olmayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah səhərdən paytaxtın bir sıra hissələrinə qaz fasilələrlə veriləcək.

“Azəriqaz” İstehsalat Birliyindən A24.Az-a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması, müvəqqəti halqanın ləğv edilməsi ilə bağlı, 4 sentyabr tarixində saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Sulutəpə”, “Alatava”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Zəruri təmir işləri ilə əlaqədar, Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Yasamal və Nərimanov rayonlarının, həmçinin Yeni yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Musdafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar