Sabah bir az mülayim olacaq - HAVA PROQNOZU

Sabah bir az mülayim olacaq – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  20-25° isti, gündüz  33-38° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz  25-35 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında  hava  yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  35-40°, dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar