A24 Xeber

Sabah bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ
204
17 Aprel 2018 - 23:18

Aprelin 18-də Abşeronun bir hissəsi qazsız qalacaq.

A24.Az xəbər verir ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşviqabad”, “Pirəkeşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

“Azəriqaz” İB-dən bildiriblər ki, görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək .

“Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edib.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00