Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, “Müşviqabad” Qaz Paylayıcı Stansiyasında “Sulutəpə-Xırdalan” ölçü qovşağı üzərində quraşdırılmış “Müşviqabad Daxili” ölçü qovşağından qidalanan “Sulutəpə-Xırdalan” orta təzyiqli qaz xəttindən qaz təchizatı mayın 4-də saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək, Şağan və Aşağı Şagan qəsəbələrində, həmçinin Qaçqınlar şəhərciyi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar