Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah səhər saatlarından Bakı şəhər Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

A24.az xəbər verir ki, Azəriqazın verdiyi məlumata görə, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə Nizami rayonu, həmçinin Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57,76 və 89mm-lik xəttlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, 28 fevral 2018-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
A24.az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar