A24 Xeber

Sabah bulvarda attraksionlar pulsuz olacaq

Sabah bulvarda attraksionlar pulsuz olacaq
40
31 May 2018 - 13:45

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindən A24.Az-a verilən məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər.

Aksiyada üç uşaq qatarı, iki avtodrom, iki karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsiz xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00