Sabah Milli Məclisin deputatları tətilə çıxacaqlar

Sabah Milli Məclisin deputatları tətilə çıxacaqlar
Want create site? Find Free WordPress Themes and plugins.

 Sabah – iyulun 15-də Azərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxacaqlar.

A24.Az “Report”a istinadən xəbər verir ki, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Belə ki, Milli Məclisin sədri 4 950, sədrin I müavini 4 454, MM sədrinin müavini 4 206, komitə və komissiya sədrləri 3 960 manat, komitə sədrlərinin müavinləri 3 712, sıravi deputatlar isə 3 464 manat müavinət alacaqlar.

Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar