Sabah MSK prezident seçkilərinə yekun vuracaq

Sabah MSK prezident seçkilərinə yekun vuracaq
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclas keçirəcək.

Seçki Məcəlləsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələri təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə əsasən İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02  faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb. Prezident seçkilərində 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri iştirak edib, seçici fəallığı  74,30 faiz olub. //apa

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar