A24 Xeber

Sabah Şimali və Cənubi Koreya liderləri yenidən görüşür

Sabah Şimali və Cənubi Koreya liderləri yenidən görüşür
30
15 May 2018 - 9:07

KXDR və Cənubi Koreya rəsmiləri arasında növbəti görüş keçiriləcək.

“A24.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Rəsmi Pxenyanın təklifi ilə gerçəkləşən görüşün mayın 16-da keçiriləcəyi gözlənilir. Agentliyə görə, hazırda tərəflər qarşıdan gələn görüşün detallarını müzakirə edirlər. Bildirilir ki, görüş zamanı tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə dialoqun bərpası məsələlərinə toxunacaqlar.

Xatırladaq ki, aprelin 27-də Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında tarixi görüş keçirilib. Sammitin yekunlarına dair tərəflər birgə sənəd imzalayıblar. Bundan əvvəl KXDR nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00