Sabahdan avtomobillərdə "ştorka" və jalüzlərin istifadəsinə icazə veriləcək

Sabahdan avtomobillərdə “ştorka” və jalüzlərin istifadəsinə icazə veriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Sabahdan – mayın 1-dən başlayaraq avtomobillərdə “ştorka” və jalüzlərin istifadəsinə icazə veriləcək.

A24.Az  xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yalnız standartlara uyğun olan “ştorka” və jalüzlərdən istifadə etməyə icazə verilir: “Mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, müəyyən edilən standartlara cavab verən “ştorka” və jalüzlərin istifadəsinə icazə veriləcək. Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış “ştorka” və jalüzlərin istifadəsindən gedir. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. “Ştorka” və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və kustar üsulla hazırlanan pərdə, jalüz, plyonkalar inzibati məsuliyyət yaradır”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar