A24 Xeber

Sabahdan helikopterlərin Bakı səmasında uçuşları başlayır: Hərbi paradla bağlı

Sabahdan helikopterlərin Bakı səmasında uçuşları başlayır: Hərbi paradla bağlı
53
11 İyun 2018 - 17:04
26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü il dönümü münasibətilə Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıq çərçivəsində hərbi təyyarə və helikopterlərin, sabahdan etibarən Bakı şəhəri səmasında uçuşları başlayacaq.

“A24.Az”ın “AzeriDefence”a istinadla məluumatına görə, hərbi helikopterlər Azadlıq Meydanı üzərindən paradda keçəcəkləri marşurut üzrə uçacaqlar.

Qeyd edək ki, paradda Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, zərbə və hərbi nəqliyyat helikopterləri (Mi-24G, Mi-17), o cümlədən Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin helikopterləri uçuşlar həyata keçiriləcəklər.

Xatırladaq ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib. Bu ilki parad Azərbaycan Ordusunun 100 illiyinə həsr olunub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00