Sabahdan temperatur yenə rekord həddə çatacaq

Sabahdan temperatur yenə rekord həddə çatacaq
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 3-də gün ərzində, iyulun 4-də də axşamadək ölkə ərazisində qızmar, anomal hava şəraiti davam edəcək.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, həmin müddətdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 40-43 dərəcə isti olacağı gözlənilir ki, bu da yüksək göstərici sayılır: “Bu gün hava nisbətən sərinləsə də, iyulun 3 və 4-də yenidən durğun hava şəraiti müşahidə ediləcək, 40-43 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi 43-44 dərəcə isti bu il iyulun 1-də müşahidə edilib. İyulun 3 və 4-də qeydə alınacaq temperatur da rekord göstərici olacaq”.

Gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanların, uşaqların, yaşlı insanların olduqca diqqətli olmasını vacib sayan U.Tağıyeva bildirib ki, ən maksimal temperaturlar saat 11.00-dan 17.00-dək gözlənildiyindən həmin müddətdə insanlar açıq havada olmamağa çalışsınlar”.

U.Tağıyeva əlavə edib ki, qızmar hava şəraitindən sonra iyulun 4-dən 5-ə keçən gecədən başlayaraq, hava sərinləyəcək, Bakıda şimal küləyi əsəcək. İyulun 5, 6 və 7-sində ölkə ərazisində sərin hava şəraiti müşahidə ediləcək və havanın temperaturu iqlim normasına yaxınlaşacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar