A24 Xeber

Sabahın havası çimərlik həvəskarlarını sevindirəcək – HAVA PROQNOZU

Sabahın havası çimərlik həvəskarlarını sevindirəcək – HAVA PROQNOZU
56
29 İyul 2018 - 12:47

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

“A24.az” bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  23-26°, gündüz  32-37° isti, Bakıda  gecə  24-26°, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 755  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz  35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  28-29° isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 30-da hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°,  gündüz  34-39° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00