Sabahın HAVASI: Gündüz 31-33 dərəcə isti olacaq...

Sabahın HAVASI: Gündüz 31-33 dərəcə isti olacaq…
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda və Abşeron yarımadasında iyulun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən A24.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 29-34, Bakıda gecə 26-28, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

İyulun 13-də şimal Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında iyulun 13-də  hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

İyulun 13-ü səhərdən 14-ü gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun ötən günlə müqayisədə bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar