Sabahın havası isti olacaq - HAVA PROQNOZU

Sabahın havası isti olacaq – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi  əsəcək, gündüz arabir güclənəcək.

A24.Az xəbər verir ki,  havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 15-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-8, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar