A24 Xeber

Sabahın HAVASI: Yağmursuz…

Sabahın HAVASI: Yağmursuz…
45
09 İyun 2018 - 13:53

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən A24.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 24-28° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba)

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00