Sabah ayın ən  yüksək temperaturuna hazır olun! - HAVA PROQNOZU

Sabah ayın ən  yüksək temperaturuna hazır olun! – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

“A24.az” bildirir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə  21-23° isti, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət  gecə 65-75%,  gündüz  35-45%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 1-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz  25-30° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar