Sabiq dünya çempionu vəfat edib

Sabiq dünya çempionu vəfat edib
Want create site? Find Free WordPress Themes and plugins.

Formula1 üzrə 1964-cü ilin dünya çempionu, həm iki, həm də dörd təkər üzərində əsas titulu qazanmış yeganə şəxs olan Con Sörtiz bu gün 83 yaşında həyatdan gedib.

A24.az F-1.az-a istinadən bildirir ki, 1934-cü il fevralın 14-də anadan olan Con Sörtiz karyerasını bitirdikdən sonra Formula1-də öz komandasını qurmuşdu. Lakin komanda iştirak etdiyi 1970-1978-ci illər ərzində uğur əldə edə bilməmişdi.

Ailəsi tərəfindən yayımlanan bəyanatda deyilir: “Con Sörtiz fevral ayında kəskin respirator xəstəliyi diaqnozu ilə Londondakı Müqəddəs Georq xəstəxanasına yerləşdirilmişdi. Orada intensiv müalicə almağa başlamasından qısa müddət sonra – bu gün həyatdan getdi. Həyat yoldaşı Ceyn, qızları Lenora və Edvin onunla idilər”.

Qeyd edək ki, onun oğlu Henri Sörtiz 2009-cu ildə Brənds Hətçdə Formula2 yarışında həlak olmuşdu. Avtomobil qəzalarından əziyyət çəkənlərə yardım fondu quran sabiq çempion Britaniya İmperiyası Ordeninə layiq görülmüşdü.

Con Sörtiz Formula1-də 1960-cı ildən 1972-ci ilə qədər Lotus, Cooper, Lola, Ferrari, Honda, BRM, McLaren və Surtees komandalarının tərkibində çıxış etmişdi. Çıxdığı 111 yarışda 6 qələbə, 24 podium, 8 poul qazanaraq 11 sürətli dövrəyə imza atmışdı. 1964-cü ili çempion kimi başa vurmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar