Sabiq filial rəhbəri: "Mənə Cahangir Hacıyev göstəriş vermişdi"

Sabiq filial rəhbəri: “Mənə Cahangir Hacıyev göstəriş vermişdi”
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“A24.az” xəbər verir ki, Trend-in məlumatına görə, prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev məhkəmə proseslərinin tez-tez keçirilməsinə etiraz edib. O bildirib ki, proses həftədə 3 dəfə olduğundan təqsirləndirilən şəxslərlə görüşə bilmirlər.

Hakim isə qeyd edib ki, təqsirləndirilən şəxslər dindiriləndən sonra məsələyə baxılacaq.

Prosesdə təqsirləndirilən şəxs Anar Sultanov ifadə verib. O bildirib ki, 1997-ci ildən 2004-cü ilə qədər ABB-də müxtəlif vəzifələrdə çalışıb: “2004-cü ildən 2010-cu ilə qədər filial rəhbəri olub. Onun sözlərinə görə, bankın qaydalarına əsasən, filial təminatsız 2000, təminatlı 5000 manat kredit verə bilərdi. Bundan yuxarı məbləğ kreditlər İdarə Heyəti, kredit komitəsinin qərarı ilə ayrılıb. İstintaqa ifadəmi təsdiqləyirəm. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi. Baş idarə qərar verəndən sonra kredit ayrılmasında filial texniki rol oynayırdı. Banka müştərilər göndərilirdi, İdarə Heyəti qərar verirdi, biz də icra edirdik. Zamirə Hacıyeva, Cahangir Hacıyev, Leyla Mahmudova və digərlərinə kredit verilməsi ilə bağlı mənə Cahangir Hacıyev göstəriş vermişdi. Cahangir Hacıyevlə bağlı sənədləri mən ondan tələb edə bilməzdim. Bizim sırf texniki rolumuz olub”.

Dövlət ittihamçısının “Siz bilirdinizmi ki, banka aidiyyəti olan şəxslərə kredit ayırmaq üçün Müşahidə Şurasının icazəsi olmalıdır” sualına cavab verən A.Sultanov deyib ki, filiala İdarə Heyətindən qərarlar çıxarış formasında gəlib və filial da həmin çıxarışlar əsasında kredit verib.

O bildirib ki, C.Hacıyevin sürücüsü Aydın Mehtiyevə kredit İdarə Heyətinin 57 saylı qərarı ilə verilib: “Mən heç nəyi saxtalaşdırmamışam. Aydın Mehtiyev Cahangir Hacıyevin sürücüsü idi, başı qarışıq olurdu, ona görə ayrılan kredit müqavilələrini yığıb baş idarəyə göndərmişəm. Sənədlər imzalanıb gələndən sonra kredit vermişəm. Həmin kredit 2009-cu il avqustun axırında bağlanılıb. Həmin sənədlər imzalanıb qayıdandan sonra imzalara baxmamışam”.

Sürücünün adına 9 milyon manat məbləğində kreditin verilməsi məsələsinə münasibət bildirən A.Sultanov deyib ki, İdarə Heyətinin qərarı onun üçün məcburi icra olub: “Mən heç bir mütəşəkkil dəstədə olmamışam, verilən qərarları icra etmişəm. Cahangir Hacıyev, Leyla Mahmudova, Zamirə Hacıyeva və digərləri mərkəz filialının müştərisi olub, onların imza nümunələri və hesabları mərkəz filialında olub. İlkin sənədləri toplamaq da mərkəz filialının səlahiyyətində olub. Cahangir Hacıyev tərəfindən sənəd yığmaq barədə heç bir göstəriş olmayıb. Çıxarılan vəsaitlər təqsirləndirilən şəxslərə verilməyib. Cahangir Hacıyev və ailə üzvlərinə verilən vəsaitlərin ölkədən çıxarılmasına göstəriş verilib”.

Təqsirləndirilən şəxs İlqar Abdullayev isə bildirib ki, 2004-cü ildən ABB-də işləyib: “2006-cı idən filial müdirinin müavini, 2014-2015-ci illərdə filial müdiri olub. Cahangir Hacıyevi bir dəfə – məni filial müdiri təyin edəndə görmüşəm. Heç bir dəstə üzvü olmamışam, vəzifəmi icra etmişəm. İdarə Heyəti müavinlərinin qərarlarını icra etmişəm. 3 kredit müqaviləsinə imza atmışam. Həmin vaxt filial müdiri işdə olmadığı üçün mən imzalamışam. Müqavilələrin üçünün də bir gündə imzalanması təsadüfdür, sadəcə kreditlərlə bağlı qərarlar ayrı-ayrı vaxtlarda verilib”.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar