Sabiq icra nümayəndəsi məhkəmə zalından azadlığa buraxılıb

Sabiq icra nümayəndəsi məhkəmə zalından azadlığa buraxılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə həbsdə olan sabiq nümayəndəsi Şakir Hacıyev azadlığa buraxılıb.

“A24.az” bildirir ki, APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ş. Hacıyevin barəsində olan məhkəmə hökmü dəyişdirilib. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Ş. Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ş. Hacıyev apellyasiya şikayəti verib.

Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar