Sabiq prezident özünü və adını donuza bənzətdi - FOTO

Sabiq prezident özünü və adını donuza bənzətdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Kataloniyanın sabiq prezidenti Carles Puigdemont “Pig Demont” kolbasa markasını məhkəməyə verib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, buna səbəb markanın adının sabiq prezidentin adına və loqosunun da ona bənzəməsidir.

“Pig Demont” kolbasa markasından həddindən artıq narahat olan Puigdemont saç modeli və eynəyi ilə də ona bənzəyən, donuz loqosunu daşıyan markanın bazardan yığışdırılması üçün ispaniyalı məmurlardan xahiş edib.

Puigdemontun vəkili vasitəsiylə etdiyi etirazdan sonra məsələ ilə bağlı sənədləri araşdıran İspaniya dariəsi narazılıq müəyyənləşənə kimi markanın rəsmi qeydiyyatını müvəqqəti dayandırıb.

Əks-səda yaradan hadisədən sonra İspaniya mediasına açıqlama verən firmanın sahibi Alberto Gonzalez “pig” sözünün ingilis dilində donuz, “demont” sözünün isə fransızca “du mont” sözündən götürüldüyün və dağ mənasını verdiyini bildirib. Bundan başqa loqonun sabiq prezident Carles Puigdemont ilə heç bir əlaqəsinin olmadığını ifadə edib: “Loqodakı saç modeli Puigdemontun saç modelinə bəzəmir. Ona görə də loqo onun imicini yansıtmır. Ancaq özünü bir donuzda görürsə, bu mənim deyil, onun öz problemidir”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar