Sadə qan analizi ilə orqanizmdə qurdları aşkar edin - Məsləhət

Sadə qan analizi ilə orqanizmdə qurdları aşkar edin – Məsləhət
Want create site? Find Free WordPress Themes and plugins.

Son zamanlar qurdlar, qurd xəstəlikləri insanlar arasında əsl fobiyaya çevrilib.

İnsanlar kütləvi şəkildə qurdları aşkar etmək üçün bahalı analizlər verir, müxtəlif müayinələrdən keçir.

Lakin adi ümumi qan analizi qurdların orqanizmdə olmasına işarə edə bilər. Bunu tanınmış rus həkimi Aleksandr Myasnikov apardığı “O samom qlavnom” adlı televerlişdə deyib. Həkimin sözlərinə görə, qurdlardan şübhələr yarandlqda ilk növbədə ümumi qan analizi verilməlidir.

Qan analizində leykositlərin bir növü olan eozinofillərin (EOS) miqdarına fikir vermək lazımdır. Eozinofillər orqanizmdə yad zülalları məhv edir. Onların qanda normadan yüksək olması “eozinofiliya” adlandırılır. Eozinofiliya orqanizmdə yad zülalların artmasına cavab olaraq inkişaf edir. “Yad zülallar” o cümlədən qurdlar da ola bilər.

Normada eozinofillərin miqdarı ümumi leykositlərin miqdarında 1-5% təşkil edir. Bu həm kişi, həm qadınlar üçün eynidir.

Eozinofillər 5%-dən aşağıdırsa, bu o deməkdir ki, sizdə qurdlar yoxdur.

5%-dən yüksəkdirsə, eozinofiliyanın səbəbini araşdırmaq lazımdır. Bu o cümlədən qurd xəstəliklərin simptomu ola bilər.

Saglamolun.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar