A24 Xeber

Şadlıq saraylarının fəaliyyəti ilə bağlı komissiya yaradıldı

Şadlıq saraylarının fəaliyyəti ilə bağlı komissiya yaradıldı
61
11 May 2018 - 12:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı atmosfer havasına zəhərli maddələrin təsirini müəyyənləşdirmək məqsədilə araşdırma komissiyası fəaliyyətə başlayıb.

“A24.az” xəbər verir ki, bu barədə ETSN-in Ekoloji təbliğat şöbəsinin sektor müdiri Umayra Tağıyeva bu gün nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, komissiya tərəfindən Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai-iaşə obyektlərinin ətraf ərazilərində monitorinq aparılıb, atmosfer havasında zəhərli qaz birləşmələrinin miqdarının ölçülməsi məqsədi ilə hava nümunələri götürülüb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iaşə obyektləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Əhalinin bir hissəsinin maraqları digər hissəsinin hüququnu pozmamalıdır. Yayılan tüstünün tərkibində zərərli maddələr var. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır ki, bu da insanlarda diskomfort yaradır. Ümid edirik ki, sahibkarlar bu məsələyə diqqətli yanaşacaqlar. Ölkə əhalisinin maraqlarına diqqət etməyən sahibkarlara qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. Bu problemin həlli yolu var. Bu da müvafiq qurğuların, filtrlərin quraşdırılmasıdır”.

Bildirilib ki, ETSN ictimai-iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə yerli icra hakimiyyətlərinə və ictimai iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00