Şagirdini döyən müəllim işə qaytarılacaq? - AÇIQLAMA

Şagirdini döyən müəllim işə qaytarılacaq? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir.

“A24.az” bildirir ki, bu barədə “AzVision.az”a Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib. Onun sözlərinə görə, müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də müəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq yekun qərar qəbul edilib.

Qeyd edək ki, Xanım Əliyeva adlı valideyn birinci sinif şagirdi olan qızının müəllimi tərəfindən döyüldüyünü iddia edib. Onun müraciəti əsasında müəllim S.Əliyeva işdən azad edilib. Lakin bununla məsələ bitməyib. Məlum olub ki, adıçəkilən valideyn sinif otağında özü qızını döyərək ona xəsarətlər yetirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar