Sahibkarlar üçün treninqlər keçirildi

Sahibkarlar üçün treninqlər keçirildi
Want create site? Find Free WordPress Themes and plugins.

İqtisadiyyat Nazirliyi ilə Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarlara treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, treninqlər xüsusilə Gəncədə gənclər, Göyçayda məcburi köçkünlər və Şəkidə arıçılıq sahəsində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının təmin edilməsi məqsədilə keçirilmiş treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalı və xidmətlərin göstərilməsinin təşkili, arıçılıqda səmərəliliyin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

Treninqlər çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən iştirakçıların nazirliyin elektron xidmətləri, sahibkarların təkrar şikayətlərinə baxılmasına dair prosedurlar haqqında suallarını cavablandırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar