Sahibkarların NƏZƏRİNƏ: Bu QANUNA əlavələr ediləcək

Sahibkarların NƏZƏRİNƏ: Bu QANUNA əlavələr ediləcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Sığorta fəaliyyəti haqqında” qanuna əlavə layihəsinin müzakirəsi üzrə Prezident Adminstrasiyasında görüş keçirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “A24.Az”a verilən məlumata görə, görüşdə Przident Adminstrasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “Meqa Sığorta” şirkətinin nümayəndələri iştirak edib.

“Sığorta fəaliyyəti haqqında” qanuna “Müvəqqəti İnzibatçılıqla bağlı” dəyişiklik layihəsi görüşdə geniş müzakirə edilib. Sığortaçının maliyyə vəziyyətinin bərpası və sağlamlaşdırılmasını nəzərdə tutan layihə barədə tərəflər öz mövqelərini bildirib və müəyyən maddələrlə bağlı dəyişiklik təklif edilib.

Qanun layihəsinin yenidən müzakirəsi və təklif edilən dəyişikliklərin nəzərə alınması baxımından layihənin Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim edilməsi qərara alınıb.

Qeyd edək ki, bir müddət öncə “Müvəqqəti İnzibatçılıqla bağlı” dəyişiklik layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsində sığortaçılar tərəfindən müzakirə edilib və sığortaçıların layihə ilə bağlı təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar