A24 Xeber

Sahil Babayev daha bir şöbə müdirini işdən çıxardı: 5 müvəqqəti müdir… – Proses davam edəcək

Sahil Babayev daha bir şöbə müdirini işdən çıxardı: 5 müvəqqəti müdir… – Proses davam edəcək
219
19 May 2018 - 14:12
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.
A24.az “Report”a istinadən xəbər verir ki, müvafiq əmrlə DSMF-nin Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.
Bundan başqa, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb.
Onu da qeyd edək ki, DSMF-nin adıçəkilən rayonlar üzrə şöbə müdirlərinin vəzifədən çıxarılma xəbərini ilk olaraq Mia.az saytı yayıb.
Saytımıza verilən məlumata görə, həm nazirlik, həm də DSMF sahəsində kadr dəyişiklikləri davam edəcək. Qarşıdakı həftədə daha 5 vəzifəli şəxsin çıxarılacağı gözlənilir. Onlarla bağlı əmr rəsmiləşən kimi, adlarını oxuculara təqdim edəcəyik.
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00