A24 Xeber

Sahil Babayevdən yeni təyinat – müşavirini Aparat rəhbəri etdi

Sahil Babayevdən yeni təyinat – müşavirini Aparat rəhbəri etdi
187
11 May 2018 - 12:37

Anar Əliyev və Vüsal Nəsirli Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşavirləri təyin edilib.

“A24.az” xəbər verir ki, bundan əvvəl nazirin yalnız bir müşaviri var idi – Yalçın Müslümov. Yeni təyinatlardan sonra müşavirlərin sayı 3-ə çatıb.

A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi. Hazırda hər iki vəzifə vakantdır.

Xatırladaq ki, ötən ay Sahil Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00