Sahil stansiyası nə zaman açılacaq?- Rəsmi açıqlama

Sahil stansiyası nə zaman açılacaq?- Rəsmi açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Metronun ən çox istifadə edilən Sahil stansiyası 6 aydır ki, təmirə bağlanıb.
A24.Az xəbər verir ki, insanları maraqlandırsan sual isə təmir-bərpa üçün bağlanan bu metrostansiyanın nə zaman açılacağı xəbəridir.

A24.Az məsələ ilə bağlı qurum rəsmisi ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən verilən məlumta görə, hazırda həmin istiqamətdə gedən işlər artıq yarıya çatıb. Tam təhvil-təslim prosesinin isə İyul ayının 1-də baş tutacağı qeyd olunub. Növbəti 5 ay ərzində isə qalan digər problemlərin həlli nəzərdə tutulur.
Qeyd edək ki, «Sahil» stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış «LT-3» tipli 3 eskalator sökülərək, yerində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli 4 eskalatoru quraşdırılır. Buna qədər isə «28 May» stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılıb.

X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Reportaj
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar