A24 Xeber

Şahzadə Çarleslə oğlunun arası dəyib – Nəvələrinə görə

Şahzadə Çarleslə oğlunun arası dəyib – Nəvələrinə görə
41
29 May 2018 - 15:34

Böyük Britaniya şahzadəsi Çarleslə oğlu şahzadə Vilyam arasında münasibətlərin gərgin olduğu üzə çıxıb.

A24.Az xəbər verir ki, bu barədə ingilis yazar Tom Bover Çarlesin həyatını əks etdirən “Asi şahzadə” (Rebel Prince) kitabında yazıb. Müəllif bu iddianın şahzadələrin yaşadığı Bukingem Sarayına yaxın 120 nəfər tərəfindən təsdiqləndiyini bildirib.

Belə ki, Böyük Britaniya kraliçası II Elizabet və Çarles şahzadə Vilyamın qaynanası Karol Midltonu öz ətraflarından uzaqlaşdırmaq istəyirlər. Buna səbəb kimi isə Vilyamın 3 övladının bütün vaxtlarını Karol Midltonla keçirməsi göstərilir.

Bundan əlavə, Vilyam və Keyt Midltonun Yeni il tətilini Karol Midltonla keçirməsi Çarlesin qorxularını daha da artırıb. Eyni zamanda, Vilyam və Keytin xalq tərəfindən daha çox sevilməsi Çarlesi narahat edən başqa ciddi məsələ kimi də qələmə verilir.

Kitabda yer alan iddialara görə, ata ilə oğul arasında qarşıdurma şahzadə Diana dövrünə qədər gedib çıxır. Belə ki, Çarles tez-tez ətrafındakılara boşanma ərəfəsində Diananın övladlarını atalarına qarşı çıxmaları yönündə tərbiyə etdiyini söyləyir.

Qeyd edək ki, II Elizabetdən sonra Böyük Britaniya taxtına Çarlesin yox, Vilyamın çıxacağı iddia olunur.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00