Şahzadə Salmandan Almaniyaya böyük ŞOK -  Əlaqələri dayandırdı

Şahzadə Salmandan Almaniyaya böyük ŞOK –  Əlaqələri dayandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı alman şirkətləri ilə əlaqələri kəsməyə qərar verib. Artıq sifarişlər də dayandırılıb.

“A24az” “yeniakit.com.tr”yə istinadən xəbər verir ki, Riyadın Orta Şərq siyasətiylə əlaqədar Berlinə hirsli olduğu bildirilir.

Almaniyada yayımlanan “Der Spiegel”in verdiyi xəbərə görə, Vəliəhd şahzadə Muhamməd bin Salmanın bununla bağlı hökumətə təlimat verdiyi də bildirilir.

Riyadın bu qərarında ən çox Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ilə sıx əlaqədə olan “Siemens”, “Bayer” və “Boehringer” kimi şirkətlərinə mənfi təsir göstərəcəyi bildirilir.

Bundan başqa Riyad və Ciddə şəhərlərində sərnişinləri daşımaq üçün istifadə edilən “Mercedes” markalı avtobusların sifarişini alan alman avtomobil şirkəti “Daimler”in də verilən bu qəraradan dolayı təsirlənəcəyi deyilir.

Əldə edilən məlumata görə, Səudiyyə Ərəbistanında təqribən 800 alman firması fəaliyyət göstərir. Alman şirkətlərinin ötən il Səudiyyə Ərəbistanına 6 milyard 6 milyon avro həcmində mal ixrac etdiyi bildirilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar