Şahzadə Villiam Qüdsdə müqəddəs yerləri ziyarət etdi – FOTO - VİDEO

Şahzadə Villiam Qüdsdə müqəddəs yerləri ziyarət etdi – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Şahzadə Villiam işğal altında olan Şərqi Qüdsdəki Məscidi – Əqsanı, həmçinin Məscidi Əqsanın qərb divarı olan Ağmala Divarını, Qiyamət Kilsəsini və Zeytun dağını ziyarət edib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, şahzadə Villiam Fələstinə səfəri zamanı Şərqi Qüdsdəki müqəddəs məkanlara da baş çəkib.

Müqəddəs məkanları ziyarət etməzdən əvvəl şahzadə Şərqi Qüdsdəki Zeytun dağına çıxaraq bir müddət Qədim Şəhəri seyr edib. Daha sonra dağın ətəyində yerləşən Müqəddəs Məryəm Ana Ortodoks Kilsəsini və orda yerləşən Battenberq şahzadəsi Alice-nin qəbrini ziyarət edib.

Bundan sonra şahzadə Qədim Şəhərə keçərək burda olan Məscidi Əqsani ziyarət edib. Məsciddə Villiama Qüds İslami Vəqflər İdarəsinin səlahiyyətli şəxsləri yoldaşlıq edib. Məscidi Əqsadan Ağlama Divarına keçən şahzadə Villiam yəhudilərin kipasını taxaraq xaxamlar tərəfindən bəzi mövzularda məlumatlandırılıb. Ağlama Divarına sağ əlini qoyaraq 2 dəqiqə dua edən ingilis şahzadə yəhudilər kimi içərisində arzuların yazıldığı qeyd vərəqəsini Ağlama Divarındakı aralığa yerləşdirib.

Sonda şahzadə xristian dünyasının ən müqəddəs məkanlarından sayılan Qiyamət Kilsəsini ziyarət edərək səfərini sonlandırıb.

Qeyd edək ki, ötən gün Fələstin lideri Mahmud Abbas ilə görüşən şahzadə Villiam Qəzza zolağında yerləşən Celezon Fələstin Qaçqın Düşərgəsinə də baş çəkib. Beləliklə,  İngiltərə Kral ailəsindən İsrailə rəsmi səfər edən ilk şəxs Şahzadə Villiam oldu.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar