A24 Xeber

Salah Uruqvayla görüşdə iştirak edəcək

Salah Uruqvayla görüşdə iştirak edəcək
26
14 İyun 2018 - 17:57

İngiltərə “Liverpul”unun və Misir millisinin futbolçusu Məhəmməd Salah dünya çempionatında iyunun 15-də keçiriləcək Uruqvayla matçda iştirak etməyə hazırdır.

A24.Az “Report”a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq yığma komanda ilə ümumi məşqlərdə də iştirak edir. Salah Çempionlar Liqasının finalında İspaniya “Real Madrid”inə 1:3 hesabı ilə uduzduqları matçda çiynindən zədələnib.

Qeyd edək ki, Misir – Uruqvay matçı sabah Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00