Salman Roma Papasıyla razılığa gəldi - Mədinədə kilsə tikiləcək - FOTO

Salman Roma Papasıyla razılığa gəldi – Mədinədə kilsə tikiləcək – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

 

Ötən gün Səudiyyə Ərəbistanı ilə Vatikan arasında imzalanan müqavilənin detalları gün üzünə çıxıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, Vatikan Səudiyyə Ərəbistanında kilsə tikdirəcək, özü də Mədinədə.

Qeyd edək ki, ötən ay Səudiyyə Ərəbistanı Vatikanın Dini Dialoq Şurasını qəbul edib, həmin görüş zamanı birgə müqavilən imzalanıb. Həmin müqaviləyə əsasən Vatikan Hz.Muhammədin məzarının yerləşdiyi Mədinədə kilsə inşa edəcək.

Səudiyyə Ərəbistanı da Vatikanın Mədinədə kilsə tikməsi üçün razılıq verib. Lakin kilsənin Mədinənin hansı tərəfində tikiləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Bundan başqa ibadətgah yerinin şəxsən Vatikanın əli ilə tikiləcəyi bildirilib.

Qeyd edək ki, müqəddəs sayılan bu torpaqlarda keçmişdən bu günə kimi xristian və qeyri-müsəlmanların girişinə, yaşamasına icazə yox idi. Vatikan-Riyad arasındakı bu müqavilə ilə Mədinə xristianların giriş və çıxışına açıq olacaq.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar