Salmandan qalmaqallı Fələstin açıqlaması: "Artıq səslərini kəsməlidirlər"

Salmandan qalmaqallı Fələstin açıqlaması: “Artıq səslərini kəsməlidirlər”
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlər verdiyi qərar və açıqlamaları ilə ciddi reaksiyalara səbəb olan Səudiyyə Ərəbistanı Vəliəhdi Şahzadə Muhamməd bin Salman ABŞ-a etdiyi 3 günlük səfər zamanı yəhudi camaatının ldieriylə görüşüb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, İsrail mediası Şahzadə Muhamməd bin Salmanın ABŞ-da yəhudi icmasının lideriylə görüşünün detallarını ortaya çıxarıb.

Mediaya qapalı keçən iclasın təfsilatlarını ABŞ və İsrailli diplomatlara istinadla İsrail mediası açıqlayıb bə bildirib ki, Şahzadə Salman iclas boyu Fələstin lideri Mahmud Abbası və fələstinliləri sərt şəkildə tənqid edib.

Vəliəhd Şahzadə Salmana görə, ölkəsinin prioritet məsələsi Fələstin deyil. Salmana görə “Fələstin məsələsi Səudiyyə hökumətinin və ya Səudiyyə ictimaiyyəti üçün prioritet məsələ deyil. Ölkəmizin başlıca məsələsi İranın bölgədəki təsir gücü ilə mübarizə aparmaqdır”.

İclasdakı söhbətlə bağlı sızdırılan ən əhəmiyyətli söhbət isə Salmanın fələstinlilər barəsində dedikləri olub. Yəhudi camaatının liderlərinə xitabında Salman “Fələstinlilər barış üçün fürsətlərini qaçırdılar. Artıq səslərini kəsməli və Tramp idarəçiliyinin təklifinə razı olmalıdırlar” ifadələrinə yer verib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar