A24 Xeber

Salyanda dəhşətli yol qəzası: Ölən və yaralanan var

Salyanda dəhşətli yol qəzası: Ölən və yaralanan var
86
08 Avqust 2018 - 9:39

Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

A24.Az xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan “Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. “Mersedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./“Report”

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00