A24 Xeber

Salyanda iki maşın toqquşdu: 3 nəfər yaralandı

Salyanda iki maşın toqquşdu: 3 nəfər yaralandı
28
07 May 2018 - 3:56

 Salyan şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, iki “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində Salyan şəhər sakinləri – 1988-ci il təvəllüdlü Babayev Elçin Mehman oğlu, 1951-ci il təvəllüdlü Qasımov Habil Kazımağa oğlu və 1998-ci il təvəllüdlü Dadaşov Üzeyir Qafar oğlu xəsarət alıb.

Yaralılar müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00