Salyanda körpə su kanalına düşdü

Salyanda körpə su kanalına düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Salyan rayonunda yaş yarımlıq körpə suda boğulmaq təhlükəsindən son anda qurtulub.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Valideyn nəzarətindən kənarda qalan 2017-ci il təvəllüdlü Mirvari Elcan qızı Ümidova yaşadığı evin yaxınlığındakı su kanalına düşüb. Körpə sudan çıxarılsa da, hadisə yerinə gələn təcili yardım stansiyasının həkimləri tərəfindən ilk tibbi yardımdan sonra özünə gəlib.

Azyaşlı uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar