Salyanda minik və yük maşınları toqquşdu: xəsarət alanlar var

Salyanda minik və yük maşınları toqquşdu: xəsarət alanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

 Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, rayonun Noxudlu kəndi ərazisində “Mercedes” markalı minik avtomobili qarşıdan gedən “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan sərnişinlər – 1964-cü il təvəllüdlü Oğuz rayon sakini Əliyeva Gülnarə İbrahim qızı və onun Bakıda yaşayan 1988-ci il təvəllüdlü qızı Əbilova Aynur Mürşüd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ana və qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar