Salyanda narkotik alverçiləri saxlanıldı

Salyanda narkotik alverçiləri saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Salyanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, Salyan Polis şöbəsi və Baş narkotiklərlə mübarizə idarəsi tərəfindən birgə keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər rayon sakini saxlanılıb.

Çuxanlı kənd sakini 1981-ci il təvəllüdlü Kənan Qədirovun üzərinə baxış keçirilən zaman ondan 6 ədəd kibrit qutusunda və 2 ədəd salafan bükümdə ümumi çəkisi 48,28 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin rayon sakinləri, 1967-ci il təvəllüdlü Elain Səmədovdan 5,382 qram,  1967-ci il təvəllüdlü  İqbal Hüseynovdan 8,042 qram tiryək və 1987-ci il təvəllüdlü Nurlan Quliyevdən 9,15 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar