Şamaxı rəsədxanası əxlaqsızlıq yuvasına çevrilib - Alimlərin yeməkxanasında gecə saat 2-3 arasında... - FOTOLAR

Şamaxı rəsədxanası əxlaqsızlıq yuvasına çevrilib – Alimlərin yeməkxanasında gecə saat 2-3 arasında… – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, f.ü.f.d., dosent Məhərrəmov Yanoş Mahmud oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.

“A24.az” bildirir ki, qəzet Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə müraciət edən Y.Məhhərrəmovun məktubunu olduğu kimi dərc edib. Lakin şikayət məktubunda mövzu geniş olduğu üçün sayt olaraq “A24.az” Y.Məhərrəmovun rəsədxanada qanunsuzluqlara yol verdiyini iddia etdiyi ŞAR-ın (Şamaxı Astrofizika Rəsədxanası) direktoru Namiq Cəlilovun bir neçə qanunsuz əməlini qeyd edib:

Ali Məhkəməsinin sədri Ramiz Rzayev

“Hörmətli Ramiz müəllim!

Sizə bildirirəm ki, mən 15 ildir Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) əzmlə çalışıram. Elmi iş fəaliyyətim bu günədək həmişə yüksək səviyyədə olmuşdur. Lakin Sizin yeznəniz (bacınızın həyat yoldaşı) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan bəri mənə qarşı da yavaş-yavaş təhdidlər artmış, rəsədxanada qanunsuzluqlar, çoxsaylı saxtakarlıqlar, cinayət əməlləri baş alıb getməkdədir. Bütün bu cinayət əməllərinin və kobud qanun pozuntularının başında məhz ŞAR-ın direktoru, yeznəniz Namiq Cəlilov dayanır.

Bu rəsədxana 59 ildir ki, fəaliyyət göstərir. İndiyədək burada yüzlərlə (bəlkə də minlərlə) elmi əməkdaşlar çalışıb, müəyyən elmi nailiyyətlər əldə edib, bu sahədə elmimizi inkişaf etdirib, elmi hesabatlar verilib və sayrə. Həm də indiyə kimi bu əməkdaşlara dövlətimiz ümumilikdə milyonlarla manat əmək haqqı verib, oradakı texnologiyalara bundan da çox vəsaitlər xərclənib. İndi isə heç bir araşdırma aparmadan yeznəniz direktor Namiq Cəlilov rəsmi qaydada əmr verib ki, o elmi işlərin hamısı səhv, yanlış və ciddi qüsurlu olub. Bu nə deməkdir? Bu dövlətçiliyimizə qarşı misili görünməmiş xəyanətdir.

Surətlərini bu məktuba əlavə etdiyim əmriləri oxuyarkən şahidi olacaqsınız ki, həm Azərbaycanımızın, həm də Şamaxı rayonunun yaraşığı olan rəsədxanamız və orada indiyədək əldə edilmiş bütün elmi nailiyyətlərin hamısı direktor Namiq Cəlilovun həmin əmrləri ilə sıfra endirilmiş, dövlətimiz, dövlətçiliyimiz rüsvay edilmişdir.

4) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra öz əlaltıları ilə birgə dördüncü kobud qanunsuzluğu və cinayəti də törətmişdir və bu indi də davam edir. Bu, ŞAR-da aparılan qanunsuz ekskursiyalar, o cümlədən ekskursiyalardan, kotteclərdən və qonaq evlərindən əldə edilmiş pul vəsaitlərini mənimsəməkdən ibarətdir.

Belə ki, bizə çoxdan məlumdur ki, o ekskursiyalardan, kotteclərdən və qonaq evlərindən gələn gəlirlər demək olar ki hər hansı fonda, xəzinəyə köçürülmür və vergidən yayındırılır. Olsa-olsa həmin gəlirlərin çox az miqdarı rəsmiləşdirilir və vergisi ödənilir. Doğrusu, mən vergidən yayınmanı eşitmişdim, amma saxta çeklər hazırlanıb gələn qonaqlara verilməsini nə eşitməmişdim, nə də görməmişdim. Yəni ki, ŞAR-ın indiki rəhbərliyi tərəfindən kserokopiya üsulu ilə üzərində VÖEN nömrələri və digər süni quraşdırılmış yazılar olmaqla çoxlu sayda saxta çeklər çap edilmiş və istifadəyə buraxılmışdır. Həmin saxta çeklərin üzərində bu sahəyə ayrılmış əməkdaşlar tərəfindən (onların adlarını bilirəm) gələn qonaq qrupunun ödədiyi məbləğ və tarix rəqəmlə və sözlə yazılır, imzalanıb qonaqlara verilir və belə yolla toplanmış vəsaitlər mənimsənilir. Həmin o saxta çeklərin məndə də çoxlu sayda nümunələri (əsilləri) vardır. Onların surətlərini Siziə də göndərirəm. Bu korrupsiyadır. Kotteclərdə və qonaq evlərində də eyni vəziyyətdir. Qeyd edirəm ki, həmin ödəniş çeklərinin originalı (əsili) tam başqa formadadır, onları da görmüşəm. Sübut edə bilərəm və bu istintaq yolu ilə də müəyyən edilə bilər.

5) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra beşinci kobud qanunsuzluğu da törətmişdir. Heç bir təhsili olmayan şəxsləri, bazar-alverçilərini gah menecer, gah təsərrüfat müdiri, gah baş mütəxəssis və s. vəzifələrinə təyin etmişdir. Sübut edə bilərəm.

6) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan az müddət sonra altıncı özbaşınalığı da törətməkdədir. Belə ki, o, əsasən elmi işçiləri (o cümlədən digər işçiləri, həmçinin indi məni də nəzərdə tutub) yaşadığımız xidməti mənzillərdən çıxartdırıb. O mənzilləri qonaq evlərinə və həm də yaxınlıqda tikilən Hoteldə çalışan fəhlələrin yataqxanasına çevirib, qanunsuz yollarla pul qazanmaqla məşğuldur. Amma həmin pullardan Rəsədxana Elmi və Elmi Əməkdaşları heç bir fayda görmür.

7) Rəsədxananın girişində və içərisində qanunsuz alver ticarət mərkəzləri fəaliyyətə başlamışdır. Bundan əlavə, direktor Namiq Cəlilovun göstərişi ilə rəsədxananın bayır tərəfdən girişinin yanında olan avtobus-dayanacağı qeyri-qanuni yolla üzərində əlavə hörgü işləri aparılaraq alver mərkəzinə və həm də yuxarıda qeyd etdiyim kimi saxta çeklərin satış kassasına çevrilmişdir (bu obyektlərin şəkillərini çəkmişəm).

8) AMEA rəhbərliyi tərəfindən Rəsədxanaya ayrılmış xidməti avtobuslar ŞAR-ın işçiləri üçün demək olar ki, fəaliyyət göstərmir. Bu avtobuslara dövlət tərəfindən ayrılmış yanacaq əsasən müdiriyyətin öz şəxsi işlərinə (avtomobillərinə) sərf olunur, amma bütün bunlar naməlum yollarla necə sənədləşdirilərək silinir, bilmirəm.

9) ŞAR-n direktoru Namiq Cəlilov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini də olduqca kobud surətdə pozmuşdur. Belə ki, respublikamızın hazırki Əmək Məcəlləsinin 45-ci maddəsinə görə işəgötürən işçi ilə ya müddətsiz, ya da 5 illik əmək müqaviləsi imzalayır. Lakin Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan bəri bizimlə məcburi qaydada həmin Məcəllənin 47-ci maddəsinin (f) bəndi ilə gah 01 (bir) il və sonucu dəfə isə 1.5 (ilyarım) illik əmək müqavilələri bağlamışdır. O belə qanunsuz hərəkətlərlə bütün işçilərin tezliklə işdən azad edilə biləcəyi ilə təhdid altında saxlayır ki,  onun istənilən özbaşınalığına, çoxsaylı qanunsuz hərəkətlərinə heç kim qorxusundan dinməsin.

“Bir sözlə təklif edirəm ki, gəlin onu buradan aparın”

10) Rəsədxanaya gecə vaxtları pozğun qadınlar gətirilir və onlar müəyyən edilmiş qonaq evlərində və ya kotteclərdə yerləşdirilərək xidmət göstərirlər. Bəzi hallarda belə əxlaqsızlıq hərəkətləri maraqlı şəxslər tərəfindən gizli video-kameralar vasitəsi ilə lentə alınmışdır. Qeyd edirəm ki, rəsədxanada çəkilmiş belə video-materiallar olduqca çoxdur. O video-materialın birini əldə edə bilmişəm, istəsəydiniz Sizə təqdim edə bilərəm. Görərdiniz ki, yeznəniz Namiq Cəlilovun ŞAR-da direktorluğu dövründə alimlərin yeməkxanasında gecə vaxtı saat 02-03 arasında nə işlər gedir? Bu faktı bir neçə ay əvvəl mən direktor Namiq Cəlilova dedim və bildirdim ki, bunlar sosial-şəbəkələrdə yayılsa Rəsədxana biabır olacaq. Amma yeznəniz sözümə əhəmiyyət vermədi. Baş verən bütün bu biabırçılıqları sadalamqala artırmaq da olar.

Hörmətli Ramiz müəllim!

Direktor Namiq Cəlilov idarəçiliyi ümumiyyətlə bilmir və qısa müddətdə burada çox pis adam kimi tanındı. Yeznənizin dediyinə görə, onun arxasında Siz durmusunuz və ona bu işlərdə dəstək verirsiniz. Mən buna inanmaq istəməzdim. Məncə, yeznəniz Namiq Cəlilovun törətdiyi bu əməllərin heç birisindən Sizin bəlkə də xəbəriniz yoxdur.

Təklif edirəm ki, Siz yeznəniz ŞAR-ın direktoru Namiq Cəlilovu onun törətdiyi hərəkətlərin qanuni tərəfindən və nəticələrindən xəbərdar edəsiniz. Tezliklə o, birinci mənə verdiyi əsassız şiddətli töhməti üzərimdən götürməklə, məni yenidən öz əvvəlki qanuni işimə qaytarsın. Bundan sonra, təklif edirəm yeznəniz direktor Namiq Cəlilov dərhal tutduğu vəzifədən istefa versin və bu istefa qəbul olunsun. Bir sözlə təklif edirəm ki, gəlin onu buradan aparın”.

“Hürriyyət” qəzeti…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Manşet, Reportaj, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar