A24 Xeber

Şamaxı sakini özünü su anbarına ataraq intihar etdi

Şamaxı sakini özünü su anbarına ataraq intihar etdi
36
29 Aprel 2018 - 0:27

Şamaxı şəhərində intihar hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü şəhər sakini Nuriyev Mübariz Məhəmmədəli oğlu özünü Şamaxı Zoğalavatay su anbarına ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı regional şöbəsinə aparılıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00