Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var - VİDEO

Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Şamaxıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub. 2 maşının toqquşması nəticəsində sürücülərdən biri ölüb. Yevlaxda isə yolda avtomobilin vurduğu piyada digər avtomobilin altına düşüb. İkinci maşın onu bir neçə metr sürüyüb. Həmin şəxs hadisə yerində ölüb.

A24.Az xezerxeber.az-a istinadən bildirir ki, Şamaxı-Pirqulu avtomobil yolunun 4-cü kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Səfalı kənd sakini Bahadurİmaməliyevin idarə etdiyiavtomobil, Şamaxı şəhər sakiniİlham Niyazovun idarə etdiyiavtomobillə toqquşub. Sürücülərdən biriİlham Niyazov hadisə yerində ölüb. Digər sürücü Bahadur İmaməliyev isə müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yevlaxda da qəza olub. İki minik maşını yolu keçən piyadanı vuraraq öldürüb. Hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən piyada avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan 26 yaşlı Xəqani Cəfərovu yolda hərəkətdə olan başqa bir maşın da vurub. Hətta onu bir neçə metr sürüyüb. O, yerindəcə dünyasın dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar