Şamaxıda sel avtomobili apardı 

Şamaxıda sel avtomobili apardı
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən iki gün ərzində Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

A24.Az xəbər verir ki, əvvəlcə rayonun dağlıq ərazilərinə dolu düşüb, sonra küləklə müşahidə olunan leysan yağışı yağıb. Pirsaat, Ağsuçay və Girdiman çaylarında suyun səviyyəsi xeyli qalxıb. Rayonun Ərçivan, Pirqulu, Nağaraxana, Qaleybuğurd, Dəmirçi kəndlərində tərəvəz və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elekrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb.

Pirsaat çayına gələn güclü sel Ərçivan kənd sakinlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Sel suları çayın üzərindəki istifadəyə yararsız olan körpünü tamamilə dağıdıb. Kənd sakini “Tofaş” markalı minik avtomobili ilə çayın içərisindən keçərkən sel onun avtomobilini aşıraraq daşlara çırpıb və 200 metr aralı aparıb. Yaxınlıqdakı insanların köməyi ilə sürücü sel sularından xilas edilib. Əzilərək yararsız hala düşən avtomobil çaydan çıxarılıb.  Kənd sakinlərinin sözlərinə görə,  yağış yağanda Pirsaat çayı üzərində körpü olmadığına görə Ərçivan kəndinə gediş-gəlişi çətinləşir.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar