Şamaxıda yol qəzası: Xəsarət alanlar var

Şamaxıda yol qəzası: Xəsarət alanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Şamaxıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində, avtovağzal ərazisində qeydə alınıb.

Şamaxı şəhər sakini Rəhim Bəhramovun idarə etdiyi “Azsamand” markalı avtomobil əks tərəfdən gələn, sürücüsü hələlik məlum olmayan “Pryora” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı 3 nəfər: – Şamaxı şəhər Nəsimi küçəsi, ev 30-da yaşayan 2000-ci il təvəllüdlü Məleykə İlqar qızı Bəhramova, həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü Gülnarə Səxavət qızı Bəhramova, digər avtomobildə olan sərnişin, Şamaxı şəhər Şəhriyar qəsəbə sakini, 1958-ci il təvəllüdlü Səbinə Babaş qızı Mustafayeva müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza zamanı yüngül xəsarət alan Gülnarə Bəhramova və Səbinə Mustafayeva ambulator müalicə olunub. Digər bir nəfər – Ülkər Bəhramova cərrahiyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar